Ərdoğan İrandakı hadisələrlə bağlı görün nələr dedi…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran və Suriyada baş verən hadisələrə münasibət bildirib.

Referans Media xəbər verir ki, Ərdoğan Türkiyənin qonşusu olan İranın İsrailin hücumlarından sonra yeni bir sınaqla üz-üzə qaldığını deyib.

“Biz hamımız küçələrdə baş verən prosesləri diqqətlə izləyirik. Dialoq və diplomatiyaya üstünlük verən təmkinli və balanslı siyasət sayəsində İran xalqı bu çətin dövrü geridə qoya biləcək. İnanırıq ki, Allaha güvənərək, iranlı qardaş və bacılarımız bu mürəkkəb mərhələni uğurla adlayacaq. Regionda sabitliyin qorunması bütün tərəflər üçün mühüm əhəmiyyət daşıyır”, – deyə Ərdoğan vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki