Ərdoğan qalstuku ilə mesaj verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin 103-cü ildönümü münasibətilə Anıtqəbirdə keçirilən mərasimə qatılıb. 

Referans Media xəbər verir ki, mərasim zamanı Ərdoğanın KAAN milli hərbi təyyarəsinin dizaynını əks etdirən qırmızı rəngli qalstuk taxması diqqət çəkib.

Ərdoğanın Respublika Günü şənlikləri zamanı bu qalstuku istifadə etməsi onun "səmada müstəqilliy"ə vurğu etdiyini və milli aviasiya layihələrinə verdiyi dəstəyi bir daha vurğulayıb. 

KAAN Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanıb./unikal.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki