Arda Gülerdən möhtəşəm yüksəliş: Mbappedən sonra ən məhsuldar futbolçu

Türkiyə millisinin üzvü Arda Güler bu mövsüm göstərdiyi uğurlu çıxışla Madrid klubunun əsas oyunçularından birinə çevrilib.

Referans Media xəbər verir ki, İspaniyanın Marca nəşrinin yazdığına görə, baş məşqçi Jose Mourinho son həftələrdə Arda Güləri erkən əvəzləmək vərdişindən imtina edib və gənc futbolçuya daha çox oyun vaxtı verməyə başlayıb.

Nəşr qeyd edir ki, "El Klasiko"ya qədər Arda start heyətində meydana çıxdığı səkkiz qarşılaşmanın hamısında erkən əvəzlənirdi. O, "Espanyol" və "Betis"lə oyunlarda 64-cü, "Elçe" ilə matçda 68-ci, Madrid derbisində isə 54-cü dəqiqədə meydanı tərk etmişdi.

"Barselona" ilə keçirilən "El Klasiko"da isə Arda 94-cü dəqiqəyədək meydanda qalıb və oyunun taleyinə təsir edən futbolçulardan biri olub. Bildirilir ki, həmin qarşılaşma onun komandanın vacib oyunçularından biri olduğunu göstərib.

Marcanın qiymətləndirməsinə görə, Arda Güler bu mövsüm yalnız Mbappedən sonra komandanın ən məhsuldar ikinci hücum oyunçusudur.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki