Türkiyə Futbol Federasiyası (TFF) A Milli Futbol Komandasının baş məşqçisi Sərgən Yalçının bəzi milli futbolçularla ünsiyyət qurmaqda çətinlik çəkdiyinə dair yayılan iddiaları təkzib edib.
Referans MEDİA xəbər verir ki, Federasiyanın yaydığı açıqlamada bildirilib ki, son günlər rəqəmsal media platformalarında Sərgən Yalçının bəzi futbolçularla əlaqə saxlaya bilmədiyi barədə səsləndirilən fikirlər həqiqəti əks etdirmir.
TFF bəyan edib ki, bu və oxşar iddialar "tamamilə uydurma, reallıqdan uzaq və qərəzli spekulyasiyalardır".
Açıqlamada vurğulanıb ki, milli komandanın baş məşqçisi ilə futbolçular arasında iddia edildiyi kimi heç bir problem yaşanmayıb.
Bildirilib ki, bütün milli futbolçular Sərgən Yalçın və onun məşqçilər korpusu ilə keçirdikləri görüşlərdən və fikir mübadiləsindən məmnun olduqlarını ifadə edirlər.
