image-arap-ulkesi-alarmda-hepsini-tek-tek-vurdular-19649109_9619_ampbackend

Ərəb ölkəsi gecə yarısı həyəcan təbili çaldı: Dronlar məhv edildi

İran ilə ABŞ-İsrail arasında gərginliyin artması Körfəzdə də təsirini göstərir. Küveyt ordusu ölkənin şimalından hava sahəsinə daxil olan çox sayda pilotsuz uçuş aparatını (PUA) hava müdafiə sistemləri vasitəsilə məhv etdiyini açıqlayıb.

Referans Media xəbər verir ki, Küveyt ordusu son həftələrdə bölgədəki gərginlik səbəbindən ölkə hava məkanı dəfələrlə hücumların hədəfi olub. Ordunun verdiyi açıqlamada, hava sahəsinə girən bir neçə PUA-nın aşkarlanaraq müdaxilə nəticəsində zərərsizləşdirildiyi bildirilib.

Rəsmi açıqlamada, hava məkanının təhlükəsizliyi təmin edildiyi qeyd olunub, lakin dronların hansı ölkəyə və ya qrupa aid olduğu barədə əlavə məlumat verilməyib.

Bildirilib ki, 28 fevraldan bəri Küveytə yüzlərlə raket və PUA hücumu təşkil olunub. Bu hücumların bir hissəsi infrastruktur obyektlərini hədəf alıb. Mart ayının əvvəlində isə Küveytdə ABŞ hərbçilərinin olduğu bir obyekt dron hücumuna məruz qalıb, nəticədə ölü və yaralılar olub.

ABŞ və İsrail 28 fevralda İranla müqavilə müzakirələri davam edərkən hərbi əməliyyatlara başlayıb. İran isə İsrail və ABŞ-a qarşı cavab olaraq Qətər, BƏƏ, Bəhreyn və digər Körfəz ölkələrində müəyyən obyektləri hədəf alıb.

İranlı rəsmi şəxslərin məlumatına görə, ABŞ-İsrail hücumlarında 1348 nəfər həlak olub, 17 min nəfər isə yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki