Ermənistanda bəzi qüvvələr Bakıda həbsdə olan terrorçu Ruben Vardanaynaın azad edilməsi üçün ABŞ-a ağız açıblar.
Bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilir ki, Ruben Vardanyanın ailəsi və dostları onun azadlığa çıxması üçün əllərindən gələni edirlər. Onun vəkili Cared Genser bu yaxınlarda verdiyi müsahibədə ABŞ prezidentinin rol oynaya biləcəyini deyib.
“Mənbələrimiz bildirir ki, nüfuzlu erməni fiqurları Trampın kürəkəni ilə əlaqə saxlayıb, danışıqlar aparıblar. Bu məsələni həll edə bilən azsaylı şəxslərdən biri olan ABŞ prezidenti Ermənistan hakimiyyətinin ona bu təkliflə yaxınlaşacağı təqdirdə müdaxilə etməyə razılaşıb.
Bu təklif Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts vasitəsilə Paşinyana çatdırılıb ki, ABŞ prezidentinin rəsmi əsası olması üçün sadəcə bir kağız parçası lazımdır. Lakin Paşinyan rədd cavabı verib.
Paşinyan belə bir məktubun Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasına mane olacağını bəyan edib”, – nəşr yazır.
///publika.az