Everestdə tarixi rekord: Bir gündə 274 alpinist zirvəyə qalxdı

Dünyanın ən hündür zirvəsi olan Everest dağına bir gündə 274 alpinist qalxaraq rekord müəyyənləşdirib.

Nepal rəsmilərinin məlumatına görə, əlverişli hava şəraitindən istifadə edən alpinistlər dünən zirvəyə çatmağa nail olublar. Bununla da Everestə bir gündə qalxan insanların sayına görə yeni rekord qeydə alınıb.

Eyni zamanda, məşhur alpinist Kami Rita Şerpa Everest zirvəsinə 32-ci dəfə qalxaraq öz rekordunu yeniləyib.

Digər diqqətçəkən hadisə isə iki ayağını itirmiş rusiyalı idmançı Rustam Nabiyevin Everestə qalxması olub. O, protez istifadə etmədən dünyanın ən yüksək zirvəsinə qalxan ilk əlil şəxs kimi tarixə düşüb.

Qeyd edək ki, Everest dağı Nepal ilə Çinin Tibet Muxtar Bölgəsi arasında yerləşir və hündürlüyü 8 848 metrdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki