image-ucan-aftomobilbackend

Fantastika gerçəyə çevrilir: 2 il sonra istifadədə

Yaponiyanın texnologiya startapı “SkyDrive Inc” hazırladığı “SD-05” model uçan avtomobilin Tokioda ilk nümayiş uçuşunu uğurla həyata keçirib.

Referans Media  xəbər verir ki, şirkətin məlumatına görə, Tokio “Big Sight” Sərgi Mərkəzində keçirilən təqdimat zamanı uçan avtomobil Tokio körfəzi üzərində təxminən 3,5 dəqiqə havada qalaraq 150 metr məsafə qət edib. Bir pilot və 2 sərnişin daşıma qabiliyyətinə malik aparat təhlükəsizlik protokollarına uyğun olaraq uzaqdan idarəetmə ilə, pilotsuz rejimdə sınaqdan keçirilib.

“SkyDrive” rəhbəri Tomohiro Fukuzava bildirib ki, “SD-05” modelinin 2028-ci ildə kommersiya istifadəsinə verilməsi planlaşdırılıb. Onun sözlərinə görə, 2030-cu ildən sonra belə nəqliyyatın qiyməti adi taksi səfərlərinin yarısına, hətta daha aşağı səviyyəyə enə bilər. Fukuzava qeyd edib ki, sürət və vaxt qənaəti baxımından uçan avtomobil şəhər nəqliyyatında ciddi üstünlük yaradacaq.

Nəqliyyat şaquli qalxma və enmə (eVTOL) xüsusiyyətinə malik aparat 12 müstəqil elektrik mühərriki ilə işləyir və 180 dərəcəlik manevrlər edə bilir. 15-40 kilometr uçuş məsafəsinə sahib olan uçan avtomobilin ənənəvi helikopterlərlə müqayisədə daha dar ərazilərə enə bilməsi onu şəhərdaxili hava nəqliyyatı üçün perspektivli alternativ kimi göstərib. Qeyd edək ki, “SkyDrive” “SD-05” modelini ilk dəfə ötən il “Osaka EXPO 2025” sərgisində nümayiş etdirilib. Həmin sınaqda aparat pilotsuz şəkildə 4 metr yüksələrək 50 metr məsafə qət edib və 3 dəqiqə havada qalıb./sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki