Fransada on gün öncə itkin düşən 29 yaşlı tiktoker Sonia Bellinanın meyiti tapılıb.
Referans Media xəbər verir ki, meyit ölkənin cənubunda yerləşən Sen-Jil kommunasındakı üzümlükdə aşkar olunub.
Polis onun ölümündə şübhəli bilinən iki kişini saxlayıb.
Bellina avqustun 10-da yoxa çıxmışdı. Faktla bağlı araşdırma başlayıb.
Bellina sosial şəbəkələrdə məşhur idi və "TikTok"da 260 mindən çox izləyicisi var idi./unikal
