Yaponiyanın Aomori prefekturasında ayı əcnəbi turistə hücum edib.
Bu barədə Kyodo agentliyi məlumat yayıb. Qeyd edilib ki, turist Tovada gölünə baxaraq ərazidə gəzirmiş.
Tovada şəhər adminstarasiya nümayəndələrinin yaydıqları məlumata görə, hadisə bu səhər baş verib.
"Kişi gölə yaxın müşahidə meydançası yaxınlığında gəzərkən ayı ona hücum edib. Nəticədə yırtıcı heyvan onun sağ qolunu dişləyib. Zərərçəkən təcili yardım təyyarəsi ilə Haçinohe Xəstəxanasına aparılıb. O, huşunu itirməyib və danışa bilirmiş. Polis kişinin bölgəyə gəzinti üçün gəlmiş xarici turist olduğunu müəyyən edib", - məlumatda yazılıb.
Qeyd edilib ki, ayı ilə həyatda qalmaq uğrunda mübarizə aparmış turistin həyatı təhlükədə deyil..publika.az
