Böyük Britaniya 2038 və ya 2042-ci il Dünya Kubokuna ev sahibliyi etmək üçün müraciət edə bilər.
Referans Media xəbər verir ki, “The Sun” qəzetinin məlumatına görə, Baş nazir Endi Bernhem bu təşəbbüsü nəzərdən keçirir.
Turnirin investisiya və turizm cəlb edəcəyi, eləcə də ölkənin regionlarında infrastrukturun inkişafına təsir edəcəyi güman olunur.
Oyunların bir neçə şəhər arasında bölüşdürülməsi planlaşdırılır və finala “Uembli” stadionu ev sahibliyi edə bilər.
İngiltərədə sonuncu Dünya Kuboku 1966-cı ildə keçirilib. O vaxt ev sahibləri finalda Qərbi Almaniyanı 4:2 hesabı ilə məğlub etmişdilər.
Qeyd etmək lazımdır ki, Böyük Britaniya 2028-ci il Avro Çempionatına İrlandiya ilə birlikdə ev sahibliyi edəcək. 2030-cu il Dünya Kuboku İspaniya, Portuqaliya və Mərakeşdə, 2034-cü il Dünya Kuboku isə Səudiyyə Ərəbistanında keçiriləcək..Publika.az
