Fransanın şimalında yüksək sürətli qatarla hərbi yük maşınının toqquşması nəticəsində maşinist ölüb, 13 sərnişin yaralanıb.
Məlumata görə, qəza Pas-de-Kale vilayətində, Betün və Lens şəhərləri arasında baş verib. Yaralılardan 2-nin vəziyyəti ağırdır.
Hadisənin səbəbi açıqlanmayıb, araşdırma aparılır.
Qəza səbəbindən bölgədə dəmir yolu nəqliyyatında ciddi gecikmələr yaranıb və bəzi marşrutlarda qatarların hərəkəti dayandırılıb.























