ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) rəsmi Vaşinqtonun Çin agentləri tərəfindən idarə olunduğunu iddia etdiyi 10-dan çox internet saytını nəzarətə götürüb. Sözügedən platformaların məxfi məlumatlara çıxışı olan hazırkı və keçmiş ABŞ məmurlarını casusluq fəaliyyətinə cəlb etmək məqsədilə yaradıldığı bildirilir.
Referans Media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
FTB-nin müsadirə ilə bağlı yaydığı rəsmi bəyanatda qeyd olunur ki, şəxsiyyəti məlum olmayan şəxslər bu saytlardan ABŞ-dakı şəxslərlə əlaqə yaratmaq üçün bir vasitə kimi istifadə ediblər.
Şəbəkə üzvlərinin həmin rəsmilərə pul müqabilində dövlət əhəmiyyətli həssas və ya tam məxfi sənədləri ötürməyi təklif etdikləri vurğulanır.
