image-ronaldo-oglu4backend

Futbol tarixində ilk ola bilər: Ronaldo oğluyla komanda yoldaşı olur

“Əl-Nəsr” növbəti mövsümdə Kriştiano Ronaldonun oğlu – Kriştiano Ronaldo Junioru əsas komanda ilə məşqlərə cəlb edə bilər.

Referans Media  xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bildirilir ki, “Əl-Nəsr” iyun ayında 16 yaşı tamam olacaq futbolçunun inkişafını diqqətlə izləyir. Kriştiano Ronaldonun böyük oğlunun əsas komandaya cəlb olunması onun inkişaf variantlarından biri kimi nəzərdən keçirilir.

Kriştiano Ronaldo isə cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında 25 oyun keçirib və 24 qol vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki