image-lebron-jamesi-karsisinda-goren-alperen-sengunun_edfde83c5d_ampbackend

Sosial şəbəkələr bu görüntüləri paylaşır: Onu görən Alperen Şengün ayağa qalxdı – VİDEO

NBA-də “Hyuston Rokets” forması geyinən türk basketbolçu Alperen Şengün bu dəfə meydandakı oyunu ilə deyil, nümayiş etdirdiyi idman mədəniyyəti ilə gündəmə gəlib.

Referans Media xəbər verir ki, gənc basketbolçu qarşılaşma öncəsi isinmə hərəkətləri üçün parkəyə çıxan “Los Angeles Lakers”in ulduz oyunçusu LeBron Ceymsi gördükdə diqqət çəkən jest edib.

Məlumata görə, isinmə üçün meydana daxil olan LeBron Ceymsi görən Alperen Şengün tribunadakı minlərlə azarkeşlə birlikdə ayağa qalxaraq basketbol əfsanəsinə hörmət nümayiş etdirib.

Gənc ulduzun üzündəki heyranlıq və ehtiram dolu ifadə də kameralardan yayınmayıb. Bu anlar qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.

Həmin görüntülər “Los Angeles Lakers” klubunun rəsmi sosial media hesablarında da paylaşılıb. Paylaşımda belə yazılıb:

“LeBron Ceyms isinməyə çıxanda azarkeşlər ayağa qalxır. Buna Alperen Şengün də daxildir!”

Video qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb. Basketbolsevərlər bu jesti “gənc ulduzun basketbol əfsanəsinə göstərdiyi səmimi hörmət” kimi qiymətləndirərək Alperen Şengünə çoxsaylı təbrik mesajları göndəriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki