image-rikardibackend

İkardinin yeni komandası bəlli oldu – Argentinaya qayıdır

Türkiyənin nəhəng klublarından biri olan “Qalatasaray” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq ulduz hücumçu Mauro İkardinin yeni mövsümdə hansı komandada çıxış edəcəyi ilə bağlı diqqətçəkən iddia irəli sürülüb.

Referans Media xəbər verir ki, Argentina mətbuatında yer alan xəbərlərə görə, futbolçu ölkəsinin tanınmış klublarından “River Pleyt”ə transfer olmağa çox yaxındır.

Argentinalı jurnalist Pablo Çekkini bildirib ki, İkardinin adı uzun müddətdir “Newell’s Old Boys” ilə hallansa da, hazırkı vəziyyət onun “River Pleyt”ə daha yaxın olduğunu göstərir.

Çekkini qeyd edib ki, İkardi bir neçə il əvvəl “Estadio Monumental” stadionunun şəkillərini paylaşaraq bir gün burada oynaya biləcəyinə işarə etmişdi. Onun sözlərinə görə, tərəflər arasında aparılan son danışıqlar olduqca müsbət keçir.

Məlumata görə, “River Pleyt”in baş məşqçisi Eduardo Coudet hücum xəttində İkardini Sebastián Driussi ilə birlikdə oynatmağı planlaşdırır.

Bildirilir ki, Argentina klubu hücum xəttini gücləndirmək üçün əsas namizədlər kimi Mauro İkardi və Giovanni Simeoneni nəzərdən keçirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki