image-hakan-calhanoglu-23-324475backend

“İnter” möhtəşəm geri dönüş etdi – Hakan Çalhanoğlu 2 qol və 1 məhsuldar ötürmə ilə qəhrəmana çevrildi – VİDEO

İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “İnter Milan” doğma meydanda “Komo 1907” komandası ilə qarşılaşıb.

Referans Media xəbər verir ki, San Siro stadionunda keçirilən görüş dramatik ssenari ilə yadda qalıb. Qarşılaşmaya daha yaxşı başlayan qonaqlar 32-ci dəqiqədə Martin Baturina və 48-ci dəqiqədə Lukas Da Kunyanın qolları ilə hesabı 2:0-a çatdıraraq ciddi üstünlük əldə ediblər.

Lakin oyunun gedişatını dəyişən futbolçu Hakan Çalhanoğlu olub. Türkiyəli yarımmüdafiəçi 69 və 86-cı dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdirərək komandasını oyuna qaytarıb.

Matçın taleyi isə 89-cu dəqiqədə həll olunub. Çalhanoğlu bu dəfə assist müəllifi kimi çıxış edərək Petar Suçiçə dəqiq ötürmə verib və “İnter”in qələbə qolunda əsas pay sahibi olub.

Beləliklə, 2 qol və 1 assistlə möhtəşəm performans göstərən Çalhanoğlu görüşün ən yaxşı futbolçusu seçilib.

Bu qələbə sayəsində “İnter” iki oyunun nəticəsinə görə 3:2 hesabı ilə rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Milan təmsilçisi finalda “Atalanta” – “Latsio” cütünün qalibi ilə qarşılaşacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki