Arsenal matçından sonra Haaland hakimləri hədəf aldı

Mançester Siti Premyer Liqanın 33-cü turunda lider Arsenali 2–1 hesabı ilə məğlub edib. Matçın qəhrəmanı isə vurduğu qolla komandasına qələbə qazandıran Erlinq Haaland olub.

Referans Media   xəbər verir ki, lakin oyundan sonra Norveçli ulduz daha çox hakim qərarları ilə bağlı açıqlaması ilə gündəmə gəlib.

Haaland qarşılaşmada rəqib müdafiəçi Qabriel ilə yaşadığı ikili mübarizədə formasının cırıldığını, lakin epizodda qayda pozuntusunun qeydə alınmadığını bildirib.

Futbolçu hakim idarəçiliyini tənqid edərək deyib: “Heç bir qayda pozuntusu qeydə alınmadı, Premyer Liqa indi belədir. Hər yerdə mübarizə, çəkişmə var. Bu artıq çirkin görünür.”

Haalandın ən çox diqqət çəkən sözləri isə şəxsi həyatına dair etdiyi zarafatlı açıqlama olub: “Həyat yoldaşım belə bunu sevmir, meydandakı bu mübarizə çox çirkin görünür.”

O, bununla yanaşı atasından öyrəndiyi prinsipə də toxunaraq, “Ayaqda qalmaq lazımdır” sözlərini xatırladıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki