image-ferdi-kadioglu-atti-brighton-chelseayi-bozguna_c261d5e9de_ampbackend

Ferdi Kadıoğlu qol vurdu: “Brayton” “Çelsi”ni darmadağın etdi – VİDEO

İngiltərə Premyer Liqasının 34-cü turunda “Brayton” öz meydanında “Çelsi” ilə qarşılaşıb və rəqibini 3:0 hesabı ilə məğlub edib.

Ferdi Kadıoğlu matça çox sürətli başlayaraq artıq 3-cü dəqiqədə hesabı açıb və komandasını önə keçirib. Bu qol həm də futbolçunun bu mövsüm Premyer Liqada vurduğu ilk qol olub.

“Brayton”un digər qollarını 56-cı dəqiqədə Cek Hinshelvud və 90+1-ci dəqiqədə Denni Uelbek vuraraq komandasının böyük qələbəsini rəsmiləşdiriblər.

Turnir cədvəlində vəziyyət

Bu qələbədən sonra “Brayton” xallarının sayını 50-yə çatdırıb. “Çelsi” isə 48 xalla qalıb.

Növbəti turda “Brayton” səfərdə “Nyukasl Yunayted” ilə qarşılaşacaq. “Çelsi” isə öz meydanında “Nottinqem Forest” komandasını qəbul edəcək.

İngiltərə Premyer Liqası
34-cü tur

21 aprel

Brayton – Çelsi 3:0
Qollar: F.Kadıoğlu, 3. Hinselvud, 56. Uelbek, 90+1.

https://youtu.be/_N21d2dw5iU


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki