image-elibackend

General təhdid etdi – İran yeni raket atacaq

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini, general Əli Fədavi bildirib ki, ölkə yaxın günlərdə yeni tip raketlərdən istifadə edə bilər.

Referans Media Globalinfo.az-a istinadən xəbər verir ki, Fədavi açıqlamasında deyib:

“Bizim su altından buraxılan raketlərimiz var və onların sürəti saniyədə 100 metrdir. Mümkündür ki, yaxın günlərdə bu raketlərdən istifadə edək”.

Generalın sözlərinə görə, bu raketlər İranın müdafiə qabiliyyətini gücləndirir və strateji imkanlarını artırır.

Bu açıqlama İranın hərbi potensialı və regional gərginlik fonunda diqqət mərkəzindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki