Gizli izləyənlər üçün yeni imkan – Instagram bunu pullu edir

İstifadəçilər üçün yeni funksiyanın test edildiyi bildirilir.

Referans Media  xəbər verir ki, Instagram platformasında aylıq 3,99 dollar qarşılığında storilərə anonim baxmaq imkanı təqdim oluna bilər. Məlumata görə, yeni paketə süni intellekt vasitəsilə foto redaktə funksiyaları da daxil ediləcək.

Bildirilib ki, funksiya əsasən “premium” xidmət çərçivəsində istifadəyə veriləcək. Hazırda yeniliyin bütün istifadəçilər üçün nə vaxt aktiv olacağı açıqlanmayıb.

Meta şirkəti məsələ ilə bağlı hələlik rəsmi geniş açıqlama verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki