Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff çərşənbə axşamı ABŞ-İran danışıqlarının keçiriləcəyi Qətərin paytaxtı Dohaya səfər edib.

Referans Media  xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kanal iki Amerika rəsmisinə istinadən xəbər verib: "Uitkoff hazırda Dohaya gedir".

CNN qeyd edir ki, Uitkoffu ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin müşayiət edib-etmədiyi barədə heç bir məlumat yoxdur.

Tramp əvvəllər ABŞ-İran danışıqlarının çərşənbə axşamı Dohada keçiriləcəyini açıqlamışdı. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın yaxın günlərdə Qətərdə ABŞ ilə heç bir əlaqə qurmağı planlaşdırmadığını bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki