Çin Rusiyaya qapıları açdı: Avropada təhlükə siqnalı çalındı

Çinin Rusiya istehsalı olan yemlər üçün bazarını açmaq qərarı Polşada narahatlıq yaradıb.

Referans Media  xəbər verir ki, bu barədə Polşanın “Top agrar” nəşri yazıb.

Məlumata görə, Pekin artıq Çin bazarına məhsul ixrac etmək istəyən Rusiya müəssisələri üçün tələbləri müəyyənləşdirib. Bildirilir ki, bu addım Rusiya ilə Çin arasında aqrar-sənaye sahəsində əməkdaşlığın genişlənməsinin növbəti mərhələsidir.

Qeyd olunur ki, Rusiya yemlərinin Çin bazarına daxil olması mövcud təchizatçılar üçün rəqabəti daha da gücləndirəcək. Bildirilir ki, sabit tədarük və daha rəqabətli qiymətlər sayəsində Rusiya şirkətləri mövqelərini gücləndirə bilər.

Nəşr qeyd edir ki, bunun nəticəsində Avropa istehsalçıları Çin kimi dünyanın ən iri bazarlarından birində mövqelərinin bir hissəsini itirmək riski ilə üzləşə bilər.

“Top agrar”ın qiymətləndirməsinə görə, bu qərar beynəlxalq ticarət əlaqələrində dəyişikliklərin davam etdiyini və Rusiyanın Çin kənd təsərrüfatı bazarında rolunun daha da artdığını göstərir./publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki