Çindəki məşhur şüşə körpü çat verdi – FOTO

Çinin Henan əyalətindəki məşhur şüşə körpüdə şüşə panel yeniyetmənin çətirlə vurması nəticəsində çatlayıb.

Referans Media Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

Hadisə Çinin “Baoquan Cliff World” turizm kompleksindəki körpüdə baş verib.

Çatın yaranmasından sonra kompleksin əməkdaşları dərhal ziyarətçiləri körpüdən təxliyə ediblər və obyekti müvəqqəti olaraq bağlayıblar. Hadisə Çinin sosial şəbəkələrində geniş müzakirələrə səbəb olub. Çoxsaylı istifadəçilər son illərdə ölkə daxilində məşhur turistik məkana çevrilən şüşə körpülərin davamlılığını şübhə altına alıblar.

Bununla belə, kompleks rəhbərliyi hansı növ şüşədən istifadə olunduğunu və zədənin nə dərəcədə ciddi olduğunu açıqlamayıb. Həmçinin təmir müddəti və təhlükəsizlik tədbirlərində mümkün dəyişikliklər barədə hələlik məlumat verilmir.

2026 06 25 19 24 53 instagram z3rk


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki