“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

"Qarabağ" futbol klubu Macarıstanın ZTE klubundan 24 yaşlı mərkəz müdafiəçisi Bence Varkonyini təxminən 1 milyon avroya heyətinə qatır.

Referans Media  İdman.Biz-ə istinadən bildirir ki, bu barədə belçikalı insayder Sacha Tavolieri məlumat yayıb.

 
Məlumata görə, Ağdam təmsilçisinin 24 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki