Venesuelada baş verən güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 1719 nəfərə yüksəlib.
Referans Media xəbər verir ki, son məlumata görə, təbii fəlakət nəticəsində 5000-dən çox insan yaralanıb. Xilasetmə qrupları dağıntılar altında sağ qalanların axtarışını davam etdirir və qurbanların sayının daha da arta biləcəyi bildirilir.
Bu arada, sosial şəbəkələrdə yayılan görüntülərdə ölkənin zəlzələdən zərər çəkmiş bölgələrində dağıntıların miqyası və insanların çətin şəraitdə yaşadığı əks olunur. Güclü təkanlardan sonra baş verən təkrar zəlzələlər isə xilasetmə əməliyyatlarını çətinləşdirir./Musavat.com
