Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO

ABŞ Prezidenti Donald Tramp Antverpen Dünya Almaz Mərkəzindən (AWDC) 321 təbii brilyantdan ibarət qızıl üzük hədiyyə alıb.

Referans Media xəbər verir ki, mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, hədiyyə ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunub.

AWDC sədri İsidor Mersel bildirib:

“Amerika Birləşmiş Ştatları nəsillər boyu bizim ən vacib ticarət tərəfdaşımız olub. Antverpendə satılan təbii almazların əhəmiyyətli bir hissəsi sonda Amerika zərgərləri və istehlakçılarına çatır. Bu üzüklə biz bu güclü iqtisadi münasibətləri qeyd etmək istədik"./Publika.az 

Üzüyün qızıldan hazırlandığı və 321 təbii brilyant və 75 digər qiymətli daşla bəzədildiyi deyilir. Hədiyyə ABŞ-ın Belçikadakı səfiri Bill Uayta təqdim edilib.

Mərkəz, istehsalda yalnız təbii almazlardan istifadə edildiyini, təbii və süni almazları çılpaq gözlə ayırd etmək mümkün olmadığı, lakin onların mənşəyi, unikallığı, dəyəri və statusunun keyfiyyətcə fərqli olduğunu xüsusilə vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki