image-hemas7backend

HƏMAS Qəzzada hakimiyyəti təhvil verməyə hazırdır

Fələstin HƏMAS hərəkatı Qəzza zolağında hakimiyyətin tam şəkildə təhvil verilməsi üçün bütün hazırlıqları başa çatdırıb və tərksilah etməyə hazırdır.

Referans Media xəbər verir ki, bu  barədə “New York Times” qəzeti hərəkatın siyasi rəhbərliyindəki iki məmura istinadən məlumat verir.

Nəşrin məlumatına görə, yeganə maneə birbaşa zolaqda yeni bir administrasiyanın olmamasıdır – hazırda o, Qahirədən fəaliyyət göstərir. Qəzzanı idarə etmək üçün texnokratik komitə 14 yanvarda yaradılıb, lakin üzvləri hələ də Misir paytaxtında yerləşirlər.

Mənbələr vurğulayıb ki, HƏMAS yeni administrasiyada iştirakında israr etmir, lakin müstəqil Fələstin dövləti qurulana qədər Fələstinin siyasi həyatında iştirak etməyə və İsrailə müqavimət göstərməyə davam etmək niyyətindədir. Hakimiyyətin təhvil verilməsinə qədər hərəkat daxilində bütün yeni təyinatlar və vəzifə yüksəlişləri dayandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki