Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb.

Referans Media  xəbər verir ki, o bu barədə “X” sosial media hesabında yazıb.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları üzrə məhsuldar fikir mübadiləsi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki