Honq Konqda yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.
Referans Media APA-ya istinadən xəbər verir ki, yanğında ölənlərin sayı 128 nəfərə çatıb.
Qeyd edək ki, noyabrın 26-da günorta saatlarında Çinin dünyanın ən sıx məskunlaşmış və ən çox hündür binanın yerləşdiyi şəhərlərdən olan Honq Konqun Tay Po rayonundakı səkkiz binadan və təxminən 2 min mənzildən ibarət yaşayış kompleksində güclü yanğın baş verib.
Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarında başladığı və güclü küləyin təsiri ilə sürətlə yayıldığı bildirilib.
Yanğını iki gün sonra söndürmək mümkün olub
Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 94-ə yüksəlib.
Globalinfo.az “Report”a istinadəna xəbər verir ki, hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.
Bundan əvvəl 83 nəfərin öldüyü bildirilirdi.
Hadisə yerinə 300-dən çox yanğınsöndürmə və xilasetmə avtomobili, eləcə də 1200-dən çox yanğınsöndürən cəlb olunub.
Qeyd edək ki, noyabrın 26-da günortadan sonra dünyanın ən sıx məskunlaşılan və ən çox hündür binaların olduğu şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğın binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başlayıb və küləyin təsiri ilə sürətlə yayılıb.
Honkonqun sığorta sektorunun son 70 ildə ən güclü olan Tay Po yanğını ilə əlaqədar rekord məbləğdə – 2,6 milyard Honkonq dolları (334 milyon dollar) məbləğində iddialarla üzləşəcəyi gözlənilir. Yanğın yeddi binaya ciddi ziyan vurub.






















