image-timosenkobackend

Timoşenkonun cəzası bilindi – Məhkəmədən qərar

Ukraynanın Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) “Batkivşçina” partiyasının lideri Yuliya Timoşenko barəsində hansı cəza tədbirinin seçiləcəyinə dair mövqeyini müəyyənləşdirib.

Prokurorluq məhkəmədən Timoşenkonun 50 milyon qrivna (təxminən 1,15 milyon dollar) məbləğində girovla azadlığa buraxılmasını və ona müəyyən öhdəliklərin tətbiqini xahiş edəcək.

Müvafiq vəsatət artıq məhkəməyə təqdim olunub. Bu məsələ ilə bağlı məhkəmə iclasının yanvarın 16-da keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, yanvarın 14-də Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) “Batkivşçina” fraksiyasının rəhbəri Yuliya Timoşenko barədə şübhəli şəxs qismində qərar çıxarıb. Ona digər fraksiyaların deputatlarına konkret qanun layihələri üzrə lazımi səsvermə üçün rüşvət təklif etmək ittihamı irəli sürülüb.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki