Ukrayna ətrafında yaranan böhran Rusiyanın qanuni maraqlarının uzun müddət nəzərə alınmamasının və NATO-nun sərhədlərə doğru genişlənməsinin birbaşa nəticəsidir.
Bunu Rusiya Prezidenti Vladimir Putin səsləndirib.
Onun sözlərinə görə, təhlükəsizliyə təhdid yaradan bu addımlar illər ərzində qəsdən həyata keçirilib. Rusiya lideri həmçinin vurğulayıb ki, Moskva Ukraynada qarşıya qoyduğu məqsədlərə ardıcıl şəkildə nail olmaq niyyətindədir.
Prezident əlavə edib ki, Rusiya balanslı və konstruktiv xarici siyasət kursu yürüdür və bu xətti davam etdirəcək.//globalinfo.az























