Filippin hökuməti ölkə bayrağı altında üzən gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi ilə bağlı İrandan təminat aldığını açıqlayıb.
Məlumata görə, Filippinin xarici işlər naziri Maria Tereza Lazaro ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub. Danışıq zamanı İran tərəfi Filippin gəmilərinin və dənizçilərinin boğazdan maneəsiz, təhlükəsiz və sürətli keçidinə zəmanət verib.
Filippin tərəfi isə bu razılaşmanın həm dənizçilərin təhlükəsizliyi, həm də ölkənin enerji təminatı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, Hörmüz boğazının ABŞ-İsrail və İran arasında gərginlik səbəbilə faktiki bağlanması enerji bazarlarında ciddi narahatlıq yaratmışdı.
