İcra başçısının birinci müavinliyindən azad olunan şəxs BU VƏZİFƏYƏ TƏYİN OLUNDU

Naxçıvanda icra başçısının birinci müavinliyindən azad olunan şəxs bu qurumda fəaliyyətini davam etdirəcək

Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad olunan Emin Məmmədxanlı fəaliyyətini dövlət qulluğunda davam etdirəcək.

Referans MEDİA-nın məlumatına görə, Emin Məmmədxanlı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində sektor müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Emin Məmmədxanlı Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradovun sərəncamı ilə azad edilib. O, həmin vəzifəyə 2023-cü ilin sentyabr ayında təyin olunmuşdu.

Emin Məmmədxanlı əmək fəaliyyətinə 2007-ci ildə Kəngərli rayon Böyükdüz kənd tam orta məktəbində müəllim kimi başlayıb. 2008-ci ildə Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbində tarix müəllimi, 2015-ci ildə Kəngərli rayon Xok kənd tam orta məktəbində direktor vəzifəsində çalışıb.

2017–2023-cü illərdə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki