İdmançı Dünya Oyunlarında yıxılaraq dünyasını dəyişibbackend

İdmançı Dünya Oyunlarında yıxılaraq dünyasını dəyişib

  Çində keçirilən Dünya Oyunları zamanı italiyalı səmti müəyyənetmə idmançısı Mattia Debertolis faciəvi şəkildə dünyasını dəyişib.
Referans  BBC-ə istinadən xəbər verir ki,29 yaşlı idmançı avqustun 8-də Çenqduda keçirilən orta məsafə yarışı zamanı yıxılaraq huşsuz vəziyyətdə tapılıb. O, dərhal xəstəxanaya çatdırılsa da, dörd gün sonra – avqustun 12-də vəfat edib. Ölüm səbəbi hələ ki, açıqlanmayıb.

Yarış günü havanın temperaturu 30°C-dən yüksək olub. Debertolis finişə çata bilməyən 12 iştirakçıdan biri kimi qeydə alınıb. O, 2022-ci il dünya çempionatının finalında 5-ci yeri tutmuşdu.

Dünya Oyunlarının təşkilatçıları idmançının ailəsinə və səmti müəyyənetmə ictimaiyyətinə dəstək göstəriləcəyini bildiriblər.(Ajans.az)  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki