“İdrak” liseyində güllələnən müəllimin son durumu AÇIQLANDI

Bakıda “İdrak” liseyində şagird tərəfindən güllələnən müəllim Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.

Referans Media xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən verilən məlumatda onun müalicəsinin hazırda davam etdirildiyi bildirilib:

“1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi həyata keçirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir”.

Qeyd edək ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. odlu silahdan atəş açaraq riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki