"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət məsuliyyətinə cəlb olunub".
Referans Media xəbər verir ki, bunu Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində keçirilən canlı yayımda Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.
O bildirib ki, cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib:
"Silahın sahibi ilə də bağlı cinayət təqibi aparılıb. Nəticəsi barədə cəmiyyətə məlumat veriləcək". (Apa.az)
