İlham Əliyev Çexiya Prezidentini təbrik etdibackend

İlham Əliyev Çexiya Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.

 

Referans.az  xəbər verir ki mətndə deyilir:

 

“Hörmətli cənab Prezident,

 

Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan-Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

 

Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki