İlham Əliyev Putinə təşəkkür etdibackend

İlham Əliyev Putinə təşəkkür etdi

  Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ətraflı məlumat verdiyi üçün təşəkkür edib. 

Referans.az  bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Azərbaycan Prezidenti qəzanın səbəblərinin araşdırılmasına şəxsən nəzarət etdiyi üçün Kreml rəhbərinə təşəkkür edib. Qeyd edib ki, Putinin istintaqa şəxsən nəzarət etməsi ilə qəzanın səbəblərinin obyektiv şəkildə müəyyənləşdiriləcəyinə şübhə etmir.

 
Dövlət başçısı Putini doğum günü münasibətilə bir daha təbrik edib və dost Rusiya xalqına xoş arzularını çatdırıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki