Xəbər verildiyi kimi, iyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.
Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb.
“Deməli, bu stadionda indi Qarabağın daha əvvəl Azərbaycanın tərkib hissəsi kimi tanınmalı olduğunu deyən baş nazir Paşinyan 2019-cu ilin yayında keçirilən böyük mitinqdə bildirib ki, “Qarabağ Ermənistandır və nöqtə”. Beləliklə, necə deyərlər, özü üçün ağır həyata imza atıb”, – deyə Prezident suala cavabında vurğulayıb.