“İmişli” “Sumqayıt”ı məğlub etdi, lakin 3 xalı qazana bilməyəcək

Misli Premyer Liqasının 4-cü turunda “İmişli” “Sumqayıt”ı məğlub edib.

Referans xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən görüş bir az əvvəl başa çatıb.

“İmişli” komandasında 66-cı dəqiqədə meydana İbrahim Əliyev daxil olub. Lakin onun adı PFL-nin rəsmi saytındakı protokolda olmayıb.

Buna görə də bölgə təmsilçisinin texniki məğlubiyyətlə üzləşəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki