İndoneziyada daşqın və torpaq sürüşməsi: ölənlərin sayı 950-yə çatdı

İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 950 nəfərə çatıb.

Referans Media xəbər verir ki, İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (BNPB) Şimali Sumatra, Qərbi Sumatra və Açehdəki fəlakətlərlə bağlı son məlumatları açıqlayıb. Bəyanatda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayının 950-yə çatdığı bildirilib.

Açıqlamada itkin düşmüş 274 nəfərin axtarışlarının davam etdiyi, 156 mindən çox binaya ziyan dəydiyi qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki