image-endonezyada-helikopter-dustu-8-olu-lfshbackend

İndoneziyada helikopter faciəsi: 8 nəfər həlak oldu

İndoneziyanın Qərbi Kalimantan əyalətində baş verən helikopter qəzası faciə ilə nəticələnib. Qəzaya uğrayan Airbus H130 tipli helikopterdə olan 8 nəfərin hamısının həyatını itirdiyi açıqlanıb.

Referans Media xəbər verir ki, helikopter yerli vaxtla saat 07:34-də Melavi bölgəsindən havaya qalxıb. Uçuşdan təxminən bir saat sonra, saat 08:39-da helikopterlə əlaqə tamamilə itib.

Axtarış-xilasetmə qrupları itkin düşən helikopteri Qərbi Kalimantan əyalətinin Sekadau bölgəsində, çətin keçilən dağlıq ərazidə aşkar edib.

Hadisə yerində aparılan ilkin yoxlamalar nəticəsində pilot, köməkçi pilot, 6 sərnişin olmaqla ümumilikdə 8 nəfərin həyatını itirdiyi təsdiqlənib.

Hadisənin səbəbi hələlik məlum deyil. Rəsmilər qəza ilə bağlı genişmiqyaslı istintaq başladıldığını bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki