image-beyin4backend

İnsan beyin hüceyrələri ilə işləyən çip yaradıldı 

Elm və texnologiya sahəsində diqqətçəkən bir yenilik baş verib.

 

Referans Media  xəbər verir ki, uzun illər yalnız elmi fantastika filmlərində təsvir olunan, insan kimi düşünə və öyrənə bilən kompüterlər artıq reallığa bir addım daha yaxınlaşıb. Süni intellekt texnologiyaları sürətlə inkişaf etsə də, alimlər indi bioloji əsaslı kompüterlərin də mümkün olduğunu göstərən mühüm nəticələr əldə ediblər.

 

Avstraliyada fəaliyyət göstərən “Cortical Labs” şirkətinin tədqiqatçıları insan beyin hüceyrələrindən istifadə edilərək yaradılmış neyron əsaslı kompüter çiplərinin məşhur “FPS” oyunu “Doom”u oynaya bildiyini açıqlayıblar. Bu texnologiya mikroelektrod massivləri üzərində yetişdirilmiş canlı beyin hüceyrələrindən ibarət eksperimental sistemə əsaslanır.

 

Tədqiqat çərçivəsində elektrik siqnalları göndərə və qəbul edə bilən xüsusi səth üzərində 800 mindən çox neyron yetişdirilib. Bu neyronlar oyun mühitindən gələn məlumatları emal edərək ekrandakı hadisələrə reaksiya verə bilir. Sistem hələ insan oyunçularının səviyyəsinə çatmasa da, mütəxəssislər bunu bioloji kompüter texnologiyasında mühüm mərhələ hesab edirlər. Yeni təcrübədə istifadə edilən neyron çipi əvvəlki modellə müqayisədə daha az-təxminən dörddə bir qədər az neyron ehtiva edir. Buna baxmayaraq, sistem oyun zamanı tamamilə təsadüfi hərəkət edən oyunçudan daha yaxşı nəticə göstərməyi bacarıb. Bununla belə, sistemin performansı hələ də təcrübəli insan oyunçularından xeyli geri qalır. Alimlər hesab edirlər ki, yeni öyrənmə alqoritmləri və təkmilləşdirilmiş metodlar sayəsində bu bioloji sistemlərin imkanları gələcəkdə daha da genişlənə bilər./sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki