İnsan beyni ölümdən əvvəl bunları XATIRLAYIRbackend

İnsan beyni ölümdən əvvəl bunları XATIRLAYIR

İnsan beyni ölümdən əvvəl mühüm həyat hadisələri ilə bağlı xatirələri təkrarlamağa qadirdir. 

Bununla bağlı indiyə qədər çoxlu fərziyyələr irəlis ürülsə də, onlaırn təsdiqini neyrocərrah Acmal Zemmar edib. 

Referans xəbər verir ki, Louisville Universitetindən neyrocərrah uzun illərini bu araşdırmaya həsr edib.

Tədqiqat zamanı neyrocərrah 87 yaşlı xəstənin ürəyi dayanmadan 30 saniyə əvvəl və sonra onun elektroensefaloqrammasını tədqiq edib. Məlum olub ki, beyin “ölümə keçid” zamanı aktiv qala bilir və bir müddət bu vəziyyətdə qala bilir. Həkim qeyd edib ki, bu anda beyin dəyişikliklərə reaksiya verməyə davam edir.

“Hazırda beyin ölümə yaxın təcrübələr zamanı bildirilənlərə bənzər mühüm həyat hadisələrinin son xatirələrini təkrarlaya bilər”,- deyə həkim bildirib.Bu təcrübə indiyə qədər insanları və mütəxəssisləri düşündürən bir çox suala aydın cavabdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki