Belarus Prezidenti Aleksandr Lukaşenko İran və ABŞ arasındakı gərgin münasibətlərə dair mühüm açıqlamalar verib.
Referans Media bildirir ki, Lukaşenko RT-yə verdiyi müsahibəsində bu münaqişədə heç bir tərəfin qalib gəlməyəcəyini vurğulayıb.
O qeyd edib ki, hazırda bölgədə olduqca “kövrək” bir sülh hökm sürür.
Belarus liderinin sözlərinə görə, gələcək proseslərin necə cərəyan edəcəyi birbaşa ABŞ Prezidenti Donald Trampın qərarlarından asılı olacaq:
“Burada qalib olmayacaq. Sülh çox kövrəkdir. Atəşkəs elan edilib, lakin bu vəziyyəti inkişaf etdirmək və sülhə gedən real yolu tapmaq lazımdır. İndi çox şey Donald Trampdan asılıdır”.
Lukaşenko Trampın son addımlarını da şərh edərək bildirib ki, ABŞ rəhbəri vəziyyətin ciddiliyini dərk edib.
“Görünür, onun intuisiyası və hissləri qalib gəlib. O, daha irəli gedə bilməyəcəyini, fəlakətin yaxınlaşdığını başa düşdü”, – deyə Belarus Prezidenti əlavə edib.
Qeyd edək ki, bölgədəki vəziyyət beynəlxalq birliyin diqqət mərkəzində qalmağa davam edir.























