Mənbələrə görə, son iki həftə ərzində İran “həmişə müharibə ehtimalını yüksək hesab edib” və buna görə də “bəzi hərbi hərəkətlər həyata keçirib və yeni hədəf siyahısı hazırlayıb”.
İslam Respublikasının “mümkün müharibənin ilk saniyələrindən amerikalılar və israillilər üçün vəziyyəti cəhənnəmə çevirməyə” hazır olduğu qeyd olunur.
Əvvəllər ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların ikinci raundunun 22 aprel Çərşənbə günü İslamabadda keçiriləcəyi elan edilmişdi. ABŞ-ın vitse-prezidenti J.D. Vance-ın görüşdə iştirak etmək üçün yüksək vəzifəli şəxslərlə birlikdə tezliklə Pakistana uçacağı bildirilirdi./Oxu24.com
