İran İsrailə yenidən raket atdı – Şimal bölgələrində həyəcan siqnalıbackend

İran İsrailə yenidən raket atdı – Şimal bölgələrində həyəcan siqnalı

  İsrail ordusu İran tərəfindən növbəti raket hücumunun həyata keçirildiyini bildirib.

Referans xəbər verir ki, bu barədə ordunun Mərbuat xidməti məlumat yayıb.

Məlumata görə, raketlərin qarşısını almaq üçün dərhal müdafiə sistemləri işə salınıb.

Ölkənin bir neçə bölgəsində hava hücumu siqnalı verilib, əhaliyə sığınacaqlara enmək göstərişi verilib. Ordunun məlumatına əsasən, bu dəfə İranın raket hücumunun əsas hədəfi İsrailin şimal bölgələri olub.

Hazırda raketlərin nə dərəcədə zərər verdiyi və onların müdafiə sistemləri tərəfindən tutulub-tutulmadığı barədə rəsmi məlumat verilməyib./Globalinfo.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki