image-ifutbackend

İran millisinin 5 qadın oyunçusu sığınacaq istədi

İranın futbol üzrə qadınlardan ibarət milisinin üzvləri Avstraliyada keçirilən Asiya Kubokunun ilk oyununun əvvəlində İslam Respublikasının dövlət himnini oxumaqdan imtina etdikləri üçün həyatları təhlükəyə girib. 

Referans Media  xəbər verir ki, hadisədən sonra millinin 5 qayın oyunçusunun ölkələrinə qayıda bilməyəcəklərini əsas gətirərək Avstraliyadan sığınacaq istədikləri açıqlanıb.

Məlumata görə, futbolçular qaldıqları otüldən çıxıb yerli polisə zəng edərək həyatlarının təhlükədə olduğunu bildiriblər. Daha sonra isə sığınacaq üçün hökumətə müraciət ünvanlayıblar.

ABŞ Prezidenti Donald Tramp da Avstraliyanı bütün komandaya sığınacaq verməyə çağırıb, lakin futbolçuların qalanı belə bir müraciət ünvanlamayıb.

Hökumət 5 qadın futbolçunun istəyinin təsdiqləndiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki