ABŞ Prezidenti Donald Tramp ötən gün G7 ölkələrinin liderləri ilə virtual görüş zamanı İranın tezliklə təslim olacağını bildirib.
Referans Media xəbər verir ki, bu barədə G7-nin üç rəsmisi “Axios”a danışıb.
“Mən hamımızı təhdid edən xərçəng xəstəliyini aradan qaldırdım”, – deyə o qeyd edib.
Tramp eyni zamanda İranın təslim olmağa hazırlaşdığını deyib. Lakin eyni zamanda qeyd edib ki, Tehranda artıq belə bir qərar vermək səlahiyyəti olan rəsmilər olmaya bilər: “Heç kim liderin kim olduğunu bilmir, ona görə də təslim olduğunu elan edə biləcək heç kim yoxdur”.























